AI-Based Football Match Analysis and Player Performance Tracking
Kompüter görüşü və süni intellekt vasitəsilə futbol matçlarının real-vaxt analizi, oyunçu izlənməsi və performans qiymətləndirilməsi.
İcmal
Bu tədqiqat futbol matçlarının video görüntüləri əsasında oyunçuların və topun avtomatik izlənməsi, komanda formasiyalarının aşkarlanması və taktiki hərəkətlərin analizi üçün süni intellekt əsaslı sistemin hazırlanmasına yönəlib. Layihə çərçivəsində dərin öyrənmə modelləri (YOLO, DeepSORT və oxşar arxitekturalar) istifadə edilərək oyunçuların sahə üzərindəki mövqeləri, sürəti, qət etdiyi məsafə və topa toxunma statistikası real vaxtda hesablanacaq. Nəticədə əldə olunan məlumatlar məşqçilər və analitiklər üçün qərar dəstək sistemi kimi istifadə oluna biləcək.
Məqsədlər
Video görüntülərdən oyunçu və top mövqelərinin real-vaxt aşkarlanması üçün model qurmaq. Komanda taktiki formasiyalarının (4-4-2, 4-3-3 və s.) avtomatik tanınması. Oyunçu performans göstəricilərinin (qət olunan məsafə, sürət, pas dəqiqliyi) statistik təhlili. Yorğunluq və zədə riski proqnozlaşdırma modelinin hazırlanması.
Gözlənilən Nəticələr
Açıq mənbəli futbol analiz alət dəsti (toolkit). Beynəlxalq konfrans və ya jurnalda elmi məqalə. Yerli komandalar üçün pilot tətbiq imkanı.